Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Əli Mütəhərri İran prezidnetinin iddiasını təkzib edib

 
İran prezidenti İbrahim Rəisinin “jurnalistlər günü” ilə bağlı söylədiyi fikirlər İslam Şurasının keçmiş üzvü Əli Mütəhərri tərəfindən tənqidlə qarşılaşıb.
 Yenixeber.org: Əli Mütəhərri öz Tvitter hesabında İranın “ifadə və qələm azadlığına zəmanət verdiyini” iddia edən İbrahim Rəisinin açıqlamalarını şübhə altına alıb.
“Prezidentin Müxbirlər günü mərasimində “Qələm azadlığı və quruluşumuzun iftixarının ifadəsi” deməsi təəccüb doğurdu. Yaxşı olardı ki, o konstitusiyanın icrasına cavabdeh şəxs kimi bu qanunun millətin hüququna həsr olunmuş üçüncü fəslinin icrasını tənqid etsin.Niyə bu qədər jurnalist və reportyor həbs olunur və cənab Taczadə kimi insanlar sırf sistemi tənqid etdiklərinə görə niyə həbsdədirlər?”, - Mütəhərri deyib.
Maraqlıdır ki, İbrahim Rəisi avqustun 9-da “İran Milli Media festivalı”nın bağlanış mərasimində ölkədə bütün azadlıqların təmin olunduğunu söyləyib.
- İslam sisteminin şərəflərindən biri ifadə azadlığıdır. Biz söz və qələm azadlığına təminat vermişik və bu da şəhidlərin qanı hesabınadır. Ölkədə qanuni azadlıqlar təmin edilir”, - İranın prezidenti bildirib.
İranda “jurnalistlər günü” münasibətilə çıxış edən Tehran əyalətinin Jurnalistlər həmkarlar ittifaqının idarə heyətinin sədri isə İranda etirazlar başlayandan sonra yüzdən çox müxbir və jurnalistin həbs olunduğunu və “jurnalistikanın qara günləri”nin hələ də davam etdiyini vurğulayıb.
Media təmsilçilərinə qarşı aparılan repressiya siyasətinin acı nəticələrini əks etdirən bu bəyanat İran hakimiyyətinin iddialarının reallıqdan nə qədər uzaq olduğunu sübuta yetirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam