Papikyan Fransa səfiri ilə hərbi əməkdaşlığı müzakirə etdi
Ermənistan müdafiə naziri Suren Papikyan Fransanın İrəvandakı yeni fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini arasında görüş baş tutub.
Yenixeber.org: Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Ermənistan MN-in inzibati binasında keçirilən görüşdə Fransanın hərbi attaşesi Arnaud Elie də iştirak edib.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.