Ərdoğan Ceyhun Bayramovu qəbul etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Yenixeber.org: Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. Nazir həmkarı H.Fidan ilə təkbətək və geniş tərkibdə görüşüb. Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.