Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu partiyanın ofisinə silahlı hücum olub -FOTOLAR

İstanbul şəhərində lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Bağçalıevlər rayonu üzrə kommunikasiya və seçki bürolarına silahlı hücum olub.

Yenixeber.org: Məlumata görə, yerli vaxtla 22:15 radələrində baş verən hadisədə ölən və ya yaralanan olmayıb. İnsidentdən dərhal sonra partiyanın İstanbul şəhəri üzrə rəhbəri Osman Nuri Kabaktepe sosial şəbəkədə paylaşım edərək silahlı hücumu pisləyib: “Biz bu hücumlara fürsət verməyəcək və həmşəhərlilərimizlə demokratiya havasında görüşməyə davam edəcəyik”.

Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha öncə müxalif İYİ Partiyanın İstanbul şəhərindəki mərkəzi binasına silahlı hücum olmuşdu. Martın 31-də baş verən həmin hadisədə də ölən və ya yaralanan olmamışdı.

Ərdoğanın partiya ofisinə silahlı hücum olub - FOTO
Ərdoğanın partiya ofisinə silahlı hücum olub - FOTO

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam