"NATO qoşunları hələ Finlandiyaya girməyəcək".
Yenixeber.org: Bunu qurumun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun üçün əvvəlcə rəsmi Helsinki Alyansdan qoşun tələb etməlidir.
Qeyd edək ki, bu gün Finlandiyanın NATO-ya üzvlüyü təsdiqlənəcək.