Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Rusiya bu ölkəni hədələdi-BƏYANAT

 Rusiya Finlandiyanın NATO-ya qoşulmaqla bağlı bəyanatlarına təhdid dolu cavab verib.

Yenixeber.org: Bununla bağlı Kreml bəyanat yayıb. 

Bildirilib ki, Finlandiya Rusiyaya qarşı Avropa Birliyinin qeyri-dost addımlarına qoşulmağa başlayıb:

"Belə addım təəssüf doğurur və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir. NATO-nun genişlənməsi nə dünyanı, nə də Avropanı daha sabit hala gətirəcək. Rusiya Ukraynada hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır".

Xatırladaq ki, Finlandiyanın prezidenti və baş naziri bu gün NATO-ya üzvlük üçün müraciətin tərəfdarı olduqlarını açıqlayıblar. NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın bu bəyanatından məmnunluğunu ifadə edib. O bildirib ki, Finlandiyanın üzvlüyü həm NATO, həm də Finlandiyanın təhlükəsizliyini gücləndirəcək.

Stoltenberq deyib ki, əgər Finlandiya üzvlük üçün müraciət edərsə, NATO-da müsbət qarşılanacaq, üzvlük prosesi rahat və sürətli olacaq. Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenski Finlandiya prezidenti ilə telefonla danışıb və NATO-ya üzvlük qərarını dəstəkləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam