Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb -FOTOLAR

 

Ağstafa rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Polis Şöbəsinə rayon sakini olan bir qadının evinə naməlum şəxslərin qanunsuz olaraq daxil olduğu, ev sahibini ölümlə hədələyərək 250 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etmələri barədə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Pərviz Yolçuyev və Ümid Zeynalov saxlanılıb.

Pərviz Zeynalovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun rayon sakininə məxsus evdən 39000 manat nağd pul eləcə də paytaxtın Abşeron və Suraxanı rayonlarındakı mənzillərdən müxtəlif qızıl-zinət əşyaları da oğurlaması məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam