Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Tehranın polis rəisinin Azərbaycan səfirliyində törədilən terrorla bağlı yalan açıqlaması ifşa olunub -VİDEO

 

Tehran polisinin rəisi Hüseyn Rəhiminin Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı "hücum edən şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub" açıqlaması ifşa olunub.

Yenixeber.org: Səfirliyə edilən silahlı hücum zamanı daha bir videogörüntü yayılıb.

Görüntülərdə terrorçunun avtomobillə gələrək əlində “Kalaşnikov” markalı avtomat silahla Azərbaycanın diplomatik korpusuna daxil olması əks olunub. Həmin zaman o, tək olub.

Hadisə anı səfirliyin təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Qeyd edək ki, Tehran polisinin rəisi Hüseyn Rəhimi hücum edən şəxsin iki azyaşlı uşağı ilə səfirliyə daxil olduğu barədə açıqlama vermişdi. Guya atəş açan şəxs ailə problemləri və şəxsi məsələlərə görə hücum etdiyini bildirib. Lakin görüntülərdən də məlum olur ki, terrorçunun yanında heç kəs olmayıb və hadisə düşünülmüş, planlaşdırılmış terror hadisəsidir. Bunlar Tehran polis rəisinin yalan danışdığını bir daha sübut edir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.


https://t.me/reportnewsaz/60882


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam