Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Bakıda “Arqo” əməliyyatı: "Emin Hüseynov saçını rənglədi..."

 

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun hüquq-mühafizə orqanlarından neçə qaçdığı və İsveçrənin Bakıdakı səfirliyində necə gizləndiyi barədə sensasion təfərrüatlar açıqlanıb.

"Xeberinfo.com":  Məlumata görə, İsveçrənin “Rundschau” telekanalı Emin Hüseynovun bu ölkənin Bakıdakı səfirliyində sığınacaq aldığını təsdiqləyən reportajının ardınca ABŞ-ın “Foreign Policy” jurnalı da “QHT-lərin işi” üzrə axtarışda olan hüquq müdafiəçisinin necə gizləndiyinə dair detalları yayıb.

Jurnal yazır ki, Emin Hüseynov və onun Amerika hərbi qulluqçusu olan xanımı əvvəlcə sığınacaq almaq üçün ABŞ səfirliyinə gediblər. Lakin səfirlikdən onlara rədd cavabı verilib.

“Foreign Policy” Emin Hüseynovun İsveçrə səfirliyində gizlənməsini 1979-cu ildə İrandakı ABŞ səfiriliyində girov götürülmüş diplomatların bir qisminin qaçırıdığı məşhur “Arqo” əməliyyatını xatırlatdığını, lakin ABŞ-ın bu əməliyyatda iştirakının olmadığını yazır. Emin Hüseynova yaxın mənbələr onun İsveçrə səfirliyində sığınacaq alması əməliyyatında ABŞ-ın iştirakının olmadığını jurnala göndərdikləri bəyanatlarında bildiriblər.

Beləliklə, məlum olur ki, ötən ilin avqustunda “QHT-lərin işi” üzrə fiqurantların bir-birinin ardınca həbs olunmasından sonra Emin Hüsenynov növbənin ona çatdığını bilərək gizlənməyə qərar verib. Mənbələr bildiriblər ki, onun bank hesabları hələ iyun ayından bağlanmışdı, ancaq Hüseynov hələ ölkəni tərk edə bilirdi. O, həmin ay digər hüquq müdafiəçisi Rəsul Cəfərovla Strasburqda AŞ PA-nın sessiyasında iştirak edir və Azərbaycana qarşı sonuncu təbliğatını aparır.

Bakıya qayıdandan sonra Rəsul Cəfərov həbs olunur, Hüseynov isə izlənildiyini hiss edir.

Avqustun əvvəllərində Hüseynov ABŞ-ın Bakıdakı səfirliyində keçirilən tədbirdə iştirak edir və tədbirin sonunda Birləşmiş Ştatların Bakıdakı müvəqqəti işlər vəkili Derek Hoqanla təkbətək qalır. Həmin vaxt səfir Riçard Morninqstar bir həftə əvvəl Azərbaycanı tərk etmişdi və diplomatik missiya başsız qalmışdı.

Mənbələrin bildirdiyinə görə, Hüseynov kağız parçasında qeyd yazıb və Derek Hoqana ötürüb: “Mənə hansı kömək edə bilərsiniz? Mən həbs təhlükəsi qarşısındayam”.

D.Hoqan isə bildirib ki, kömək edə bilməyəcək.

“Hüseynovun Derek Hoqanla münasibətləri heç vaxt pis olmamışdı. O, ABŞ-ın Azərbaycandakı siyasətini tənqid edəndə belə diplomatik davranırdı və Bakıdakı səfirliyin işini tənqid etmirdi” - deyə E.Hüseynova yaxın mənbə “Foreign Policy” jurnalına bildirib.

Jurnal D.Hoqanla əlaqə saxlamaq üçün səfirliyə zəng edib, ancaq oradan bildirlib ki, Vaşinqtonda Dövlət Departamentinə zəng vurmaq lazımdır. Departamentdən isə sorğuya cavab verilməyib.

Jurnal qaçış əhvalatını davam etdirərək yazır ki, avqustun 6-da Hüseynov Türkiyədə müalicə almaq adı altında Azərbaycanı tərk etməyə cəhd edib. Lakin aeroportun sərhəd nəzarəti onu saxlayıb və geri qaytarıb. Bundan bir gün sonra - avqustun 8-də onun ofisindən həmkarları xəbər veriblər ki, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu polis mühasirəsindədir və işə gəlməsin.

Həmin vaxt Azərbaycan mətbuatında Hüseynovun artıq həbs olunduğu haqda şayiələr yayılıb. Əslində isə o, gizlənmişdi və harada olduğu barədə spekulyasiyalar güclənirdi.

Mətbuat xəbər vermişdi ki, E.Hüseynov ABŞ səfirliyində gizlənir. Səfirlik avqustun 12-də bəyanatla çıxış edərək bunu təkzib etdi.

Jurnal yazır ki, Emin Hüseynov ABŞ vətəndaşı olmasa da onun arvadı amerikalıdır və səfirlik, Dövlət Departamenti bunu nəzərə alaraq Hüseynovun məsələsini diqqətdə saxlamalı idi. Bunu insan haqları monitorinqi ilə məşğul olan mənbə və keçmiş diplomat deyib.

Məlumatlara görə, ABŞ səfirliyindən “yox” cavabı alandan sonra bir neçə Avropa ölkəsinin Bakıdakı səfirliyi Hüseynova sığınacaq verməyə hazır olduğunu çatdırıb. Ancaq Hüseynov gizlənmək üçün daha yaxın olduğundan İsveçrə səfirliyini seçib.

“O, səfirliyə qaçmazdan əvvəl öz xarici görkəmini tamamilə dəyişdi, saçlarını rənglədi, maskalanmaq üçün başqa stildə geyindi. Emin hətta sınaq üçün bu görkəmdə küçəyə çıxıb insanların onu tanıyıb-tanımadığını da yoxladı” - mənbələrdən biri deyir.

Nəhayət, avqustun 18-də o, səfirliyin ərazisinə daxil olmaq üçün hərəkətə keçir. E.Hüseynovu gizləndiyi evdən onun etibar etdiyi azərbaycanlı öz maşınında aparır və İsveçrə səfirliyinin yerləşdiyi binadan bir neçə kvartal aralıda düşürür, həmin şəxs sonradan Hüseynovu gizlətdiyi üzə çıxandan sonra ölkədən qaçmalı olur.

Hakimiyyət isə Hüseynovun xarici ölkədə sığınacaq almaq istədiyini bilirdi və Bakıdakı bütün səfirliklərin girişini nəzarətə götürmüşdü.

Hüseynovun İsveçrə səfirliyinə necə girməsini izləyən mənbə danışır:“Emin səfirliyə tərəf getdi və bilirdi ki, ora mülki geyimli polislərlə doludur. Onlar Eminlə danışmağa cəhd etdilər. Emin mülki geyimli polislərlə sınıq-salxaq ingiliscədə danışaraq onlardan yaxa qurtarmaq istədi. Polislər tələb etdilər ki, o, pasportunu göstərsin. “Yox, yox” o dedi, “mənim pasportun İsveçrə pasportudur”.

Polislər əvvəlcə ona inanmadılar.  O,səfirliyin qapısının zəngini basdı, polislər hələ də onu sorğu-suala tuturdu. Kimsə qapını açdı və Emini içəri çəkdi. Beş saniyə də tərəddüd etsəydi və Emin ləngisəydi, onu tutacaqdılar”.

Həmin vaxtdan etibarən 6 aydan çoxdur ki, Emin İsveçrə səfirliyində yaşayır, səfirliyin ətrafında isə sutkanın 24 saatı polis kordonu dayanır. Bu vaxta qədər Azərbaycan hakimiyyəti Eminin İsveçrə səfirliyində olduğunu rəsmən açıqlamamışdı, İsveçrə hökuməti də bunu etməmişdi.

Hərçənd ki, İsveçrə XİN Hüseynovun Azərbaycandan çıxarılmasına dair danışıqlar aparırdı.

“Human Rights Watch”ın Cənubi Qafqaz nümayəndəsi Georgi Qoqiya “Foreign Policy”yə təsdiq edib ki, İsveçrə hökuməti bu məsələyə dair Azərbaycan hakimiyyəti ilə yüksək səviyyədə iş aparır.

“Lakin mənə məlumdur ki, Azərbaycan hakimiyyəti Emini ölkədən buraxmaq istəmir”- o bildirib.

Beləliklə, Emin Hüseynovun yeri indi hamıya bəllidir, lakin onun səfirlikdə nə qədər yaşayacağı məum deyil. WikiLeaks saytının qurucusu, İsveçə ekstradisiya olunmamaq üçün Ekvadorun Londondakı səfirliyinə sığınan Culian Assanc artıq üç ildir orada yaşayır.

İsveçrənin Bakıdakı səfirliyi isə uzun müddət qonaq saxlamağa imkan verəcək qədər dəbdəbəli deyil.

“O, balaca səfirlikdir”- mənbə jurnala bildirib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam