Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycanla Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Yenixeber.org: Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfərin proqramına uyğun olaraq əvvəlcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Heydər Əliyev Meydanı ziyarət edilib, xalqımızın Ümummilli Liderinin memorial kompleksinin önünə əklil və gül dəstələri qoyulub.
Sonra nümayəndə heyəti Özbəkistan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasına gələrək hərbi təhsil müəssisəsinin infrastrukturu və tədris prosesi ilə tanış olub. Nümayəndə heyətinə akademiyanın yaranma tarixi və əsas fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib.
General-leytenant H.Piriyev akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Hərbi akademiyanın rəhbər heyəti ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil, hərbi kadrların və ali hərbi təhsil müəssisələrində professor heyətinin hazırlanması sahəsində təcrübə mübadiləsi aparılıb.
General-leytenant H.Piriyevin “44 günlük Vətən müharibəsinin gələcəkdə çoxsaylı araşdırmaları" mövzusunda çıxışı akademiyanın professor-müəllim heyəti, təkmilləşdirmə kursunda təhsil alan birləşmə komandirlərinin müavinləri və dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Mərkəzi Hərbi Dairəsinin Qoşunlarının komandanı general-mayor Oybəy Səyidov ilə də görüşüb. Görüşdə maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam