Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Kadinin Rusiya klubuna keçidi baş tutmaya bilər

 

"Qarabağ"ın futbolçusu Kadi Borgesin Rusiyanın "Krasnodar" klubuna keçidi baş tutmaya bilər.

Yenixeber.org: Azərbaycan təmsilçisinin tələblərinin yüksək olması səbəb kimi göstərilib.

Tərəflər 26 yaşlı yarımmüdafiəçinin transferinin məbləği ilə bağlı razılığa gələ bilmirlər.

"Köhlən atlar" məbləğdə güzəştə getməsə, Rusiya klubu bu keçiddən imtina edəcək.

Futbolçunun nümayəndəsi Helsio Alisk də danışıqlar barədə məlumatsız olduğunu açıqlayıb: "Kadinin transferi ilə bağlı hazırda baş verdiyini bilmirəm. Çünki klublar birbaşa danışıqlar aparırlar".

Qeyd edək ki, Kadi Borges 2021-ci ildən "Qarabağ"ın formasını geyinir. Braziliyalı oyunçu cari mövsüm 31 oyuna çıxıb, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam