Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Laçın dəhlizindəki aksiya Bolqarıstan mətbuatında

Laçın dəhlizindəki aksiya Bolqarıstan mətbuatında   
Azərbaycanın təbii sərvətlərinin ermənilər tərəfindən qeyri-qanuni istismarı ilə bağlı Şuşa-Laçın yolunda davam edən etiraz aksiyası Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.
Yenixeber.org: Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildirilib ki, bu ölkənin bir sıra aparıcı mətbuat orqanları və xəbər portallarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ermənilər tərəfindən təbii sərvətlərimizin qeyri-qanuni istismarı ilə bağlı Şuşa-Laçın yolunda davam edən etiraz aksiyasına dair geniş məlumatlar yayılıb. Həmin məlumatlarda Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyasının Azərbaycan ərazilərində aparılan qeyri-qanuni fəaliyyətlərə qarşı ölkə ictimaiyyətinin haqlı narazılığının nəticəsi olduğu qeyd edilib.
Məlumatlarda etiraz aksiyasına gətirən səbəblərin qısa tarixçəsinə də toxunulub. Bildirilib ki, dekabrın əvvəlində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı və bundan irəli gələn ekoloji fəsadlarla bağlı bu yataqlarda monitorinqin aparılması məqsədilə sülhməramlı kontingentin komandanlığı ilə əldə olunmuş razılığa baxmayaraq, dekabrın 10-da sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədilib.
Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın yolundan hərbi məqsədlər, minaların ötürülməsi və diversant qrupların göndərilməsi üçün sui-istifadə edilməsi diqqətə çatdırılıb. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyi, həlak olan 46 nəfərdən 35-nin mülki şəxs olduğu vurğulanıb.
Təbii sərvətlərin qeyri-qanuni istismarının Azərbaycan qanunvericiliyi və müvafiq beynəlxalq sənədlərə əsasən yolverilməz olmaqla yanaşı, ətraf mühitlə bağlı müvafiq standartlara tamamilə məhəl qoyulmadan həyata keçirildiyi və bununla ekoloji sistemə ciddi və bərpa olunmaz ziyan vurulduğu da bolqar oxucuların diqqətinə çatdırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam