Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Postsovet ölkələrində maraqlı sorğu -Dostunuz kimdir?


Rusiya Prezidentinin tabeçiliyində fəaliyyət göstərən Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik (“Rossotrudniçestvo”) tərəfindən bəzi keçmiş SSRİ ölkələrində sorğu keçirilib.
Yenixeber.org: Ötən gün “Rossotrudniçestvo” postsovet ölkələrinin sakinlərinin Rusiyaya münasibəti və onun humanitar siyasətinə dair genişmiqyaslı sosioloji sorğunun nəticələri təqdim olunub. 

Sorğu aralarında tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarının da olduğu 8 postsovet ölkəsində - Azərbaycan, Moldova, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Taciksistanda keçirilib.
Sorğunda iştirak edən tanınmamış Cənubi Osetiya sakinlərinin 97%-i Rusiyanı özlərinə dost ölkə hesab ediblər. Rusiyanı özünə dost hesab edənlərin sayı ən az Azərbaycanda qeydə alınıb. Sorğuda iştirak edən azərbaycanlıların yalnız 38%-i Rusiyanı özlərinə dost ölkə hesab ediblər.
“Rusiyanı özünüzə dost ölkə hesab edirsinizmi?” sualına verilən cavabların nəticəsi ölkələr üzrə aşağıdakı kimi olub:
Cənubi Osetiya – 97 %
Tacikistan – 95 %
Abxaziya – 92 %
Qırğızıstan – 80 %
Özbəkistan – 74 %
Belarus – 62 %
Qazaxıstan – 62 %
Ermənistan – 52 %
Moldova – 40 %
Azərbaycan – 38 %

“Rossotrudniçestvo” sorğu keçirdiyi ölkələrdə respondentlərdən “Hansı ölkəni özünüzə dost hesab edirsiniz?” sualına da cavab alıb.
Sorğuda iştirak edən Azərbaycan vətəndaşlarının 99%-i Türkiyənin dost ölkə olduğunu bildiriblər. Ermənistanda respundentlərin 69%-i belə hesab edir ki, Fransa onlar üçün ən yaxın ölkədir.
“Hansı ölkəni özünüzə dost hesab edirsiniz?”sualına verilən cavabların nəticəsi ölkələr üzrə aşağıdakı kimi olub:
Azərbaycan – 99% Türkiyə
Cənubi Osetiya – 99 % Rusiya
Abxaziya – 97 % Rusiya
Tacikistan –  96 % Rusiya
Qırğızıstan – 79 % Rusiya
Belarus – 74 % Rusiya
Ermənistan – 69 % Fransa
Qazaxıstan – 67 % Qırğızıstan
Özbəkistan – 67 % Rusiya
Moldova – 62 % Almaniya
Məlumat üçün bildirək ki, “Rossotrudniçestvo”un dünyanın 74 ölkəsində 89 nümayəndəliyi fəaliyyət göstərir. Əsasən Afrika, Asiya və Latın Amerikası dövlətlərində fəaliyyət göstərən “Rossotrudniçestvo” barəsində Avropa Birliyi sansiya qərarı çıxarıb. Sanksiya qərarında göstərilib ki, “Rossotrudniçestvo” Kremlin yumşaq gücünü və hibrid təsirini, o cümlədən “Rus dünyası” adlanan konsepsiyanın təbliğini həyata keçirən əsas dövlət qurumudur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam