Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Milli Məclis iki yeni medalın təsis edilməsi ilə bağlı qanunu təsdiqləyib

 

Milli Məclis iki yeni medalın təsis edilməsi ilə bağlı qanunu təsdiqləyib.

Yenixeber.org: Parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa iki yeni medalın – “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medalın əlavə edilməsi nəzərdə tutulub.

Qanun layihəsində adları çəkilən medalların Əsasnamələri təsdiq edilir və bu medalların təsviri və elementləri əks olunur. Əsasnamələrdə təltif edilən şəxslər, təltif edən orqan və medalların taxılma qaydası qeyd olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam