TALIBOVUN EVİ QORUMASIZ BURAXILDI -Qarovul postu ləğv olundu

Yenixeber.org: Bu barədə “Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz “feysbuk” səhifəsində məlumat yayıb.
“Vasif Talıbovun malikanəsi indiyədək 9 polis tərəfindən növbəli şəkildə mühafizə olunurdu. Hər 2 gündən bir 3 polis əməkdaşı növbə dəyişirdi. Lap Leninin meyiti Kremldəki mavzoleydə qorunan kimi” -deyə, o əlavə edib.
Onun sözlərinə görə, polis əməkdaşlarının heyrətinə səbəb olan əmr Post Patrul Xidmətinin komandiri Hümbət Allahverdiyev tərəfindən verilib.