Belçika vətəndaşlarını İrandan çıxarır -SƏBƏB
Belçika vətəndaşlarını İranı tərk etməyə və bu ölkəyə səfərlərdən çəkinməyə çağırıb.
Yenixeber.org: Bu barədə Belçika Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, İranda olan Belçika vətəndaşlarının həbs və əsassız məhkum edilmə riski yüksəkdir.
Bildirilir ki, İrandakı Belçika səfirliyinin konsulluq dəstəyi göstərmək imkanları son dərəcə məhduddur.