Hərbi kəşfiyyatın keçmiş rəisi nələrdə ittiham olunur? –General Arutyunyanın cinayət dosyesi açıqlandı
İkinci ordu korpusunun keçmiş komandiri, Ermənistan Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arayik Arutyunyan həbs edilib.
Yenixeber.org: General bir neçə cinayətdə ittiham olunur.
“Sputnik Armeniya” agnetliyinin yazdığına görə cinayət işi ilə bağlı dekabrın 14-də məlumat verilib, lakin prokurorluğun rəsmi məlumatında təqsirləndirilən şəxsin adı, eləcə də vəzifəsi göstərilməyib.
“Daha sonra nəzarət orqanı məlumat verib ki, Arutyunyanın səhlənkarlığı ucbatından Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun hücumunu dayandırmaq imkanından məhrum edilmiş hərbi hissələrin tabe olduğu korpusun komandiri olub və ona 12 may 2021-ci il tarixdə cinayət işi açılıb. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Aşağı Şorca, Kut və Norabak kəndləri istiqamətindən Basarkeçər rayonuna sərbəst şəkildə daxil olaraq orada öz nəzarətini təmin edib”,-məlumatda qeyd olunur.
General Arutyunyan xüsusilə aprelin 5-də döyüş növbətçiliyinin yerinə yetirilməsi ilə bağlı verdiyi əmrin yerinə yetirilmədiyini bilərək günahkarların cəzalandırılması və vəziyyəti düzəltmək üçün tədbir görməyib.
Göstərilən istiqamətlər onun tabeliyində olan 2-ci Korpusun məsuliyyət zonasında olduğuna görə Arutyunyana qarşı iş başlanıb. Daha sonra Arutyunyan Baş Qərargahın baş kəşfiyyat idarəsinin rəisi təyin edilib. O, bir neçə ay bu vəzifədə çalışıb.