Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Çinin 18 bombardmançı təyyarəsi Tayvan üzərində uçuş həyata keçirib

Çin Xalq Azadlıq Ordusunun azı 18 ədəd "H-6" bombardmançı təyyarəsi Tayvan boğazı üzərində uçuş həyata keçirib.

Yenixeber.org: Tayvan ordusu çərşənbə axşamı səhər saatlarında Çinə məxsus 29 hərbi təyyarənin və 3 gəminin hərəkətinin qeydə alındığını bəyan edib.

Agentliyin məlumatına görə, 2020-ci ilin sentyabrından sonra Çin ilk dəfədir Tayvan istiqamətində bu qədər sayda bombardmançı təyyarə göndərir.

Xatırladaq ki, Tayvan məsələsi 1949-cu ildə meydana gəlib. Belə ki, həmin il Çinin materik hissəsində Çin Xalq Respublikası qurulduqdan sonra Qomindan Partiyasının lideri Çan Kayşi Tayvan adasına qaçaraq burada Tayvan Çin Respublikasının əsasını qoyur. Rəsmi Pekin "vahid Çin prinsipi"ndə israr edir və eyni zamanda, həm Çin Xalq Respublikasını, həm də Tayvandakı Çin Respublikasını tanımağın mümkün olmadığını iddia edir. Bununla belə, bir çox böyük dövlətlərdə Taypeyin qeyri-rəsmi mədəni və iqtisadi ofisləri fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam