Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Erməni uşaqlar Şaxta babadan hərbçi atalarının cəsədlərini istəyirlər -FOTO

Erməni uşaqlar Şaxta babadan hərbçi atalarının cəsədlərini istəyirlər -    FOTO  
Ermənistanın Cermuk bölgəsindən olan Aram adlı 10 yaşlı uşağın Şaxta Babaya yazdığı məktub yerli medianın gündəminə çevrilib.
Yenixeber.org: Yerli mətbuat Erməni uşaqlarının artıq Şaxta babadan əvvəlki illərdəki kimi hədiyyə deyil, cəsəd istəməsindən yazıb.

Erməni uşaq sentyabrda məhv edilmiş erməni döyüşçü ilə bağlı yazıb:
"Salam əziz Santa. Mən özüm üçün hədiyyə istəmirəm, əvəzində daha vacib və qiymətli bir şey istəyirəm. Atam sentyabrın 14-də Cermukda öldürüldü. Amma atamı hələ də dəfn etməmişik. Anamla nənəmin söhbətini eşitdim və bilirəm ki, atam hələ də Azərbaycanın nəzarətində olan yerdədir. Yalvarıram, əgər bacarırsansa elə et ki, atamı mənə hədiyyə versinlər. Sonra atamı panteona aparaq və mən də ona gül gətirim. Mənə şam ağacı lazım deyil. Heç nə istəmirəm, bircə xahişim var ki, onu da yazdım..."

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri sentyabrın 12-14-də Azərbaycanla sərhəddə təxribatlar törətmişdilər. Təxribatların qarşısını alan qəhrəman Azərbaycan Ordusu düşmənə ağır itkilər verərək bir sıra strateji yüksəklik və postları da ələ keçirib. ("Jam" saytı)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam