Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ermənistan bu kəndləri hələ də işğal altında saxlayır -RƏSMİ AÇIQLAMA

Ermənistan 8 kəndi hələ də işğal altında saxlayır 

“Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə Ermənistan tərəfinin mina basdırması və hərbi mövqelərimizə qarşı təxribat törətməsi nəticəsində baş vermiş toqquşma nəticəsində Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi iddiasının heç bir əsası yoxdur”.

Yenixeber.org: Bu, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirilib. 

“30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, hərbi təxribatlarını və mina təhdidlərini davam etdirən Ermənistanın Azərbaycanı delimitasiya edilməmiş sərhəddə hər hansı mövqe tutmaqda və bununla komissiyanın işinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin məhz Ermənistan olduğu da unudulmamalıdır” - A.Hacızadə qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam