Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

TRAMP “AUTSAYDER” PUTİNƏ HANSI ROLU VERƏCƏK? -Alyaskada ABŞ yeni dünya nizamının baş memarı rolunda çıxış edir

Beynəlxalq siyasi arenada baş verən hadisələrin ümumi məcmusundan belə anlaşılır ki, hazırda dünya böyük güclərin geostrateji təsir imkanlarının və həmçinin də qlobal maliyyə-iqtisadi sisteminin yenillənməsi ərəfəsindədir. Açıq şəkildə görürük ki, ABŞ formalaşacaq yeni dünya nizamının baş memarı rolunda çıxış edir və kimə, harada, necə rol verilməsini özü müəyyənləşdirmək niyyətindədir.

Yenixeber.org: Bir çox analitiklərin qənaətinə görə, ABŞ Prezidenti Donald Tramp sözügedən yenilənmə prosesinin təşəbbüskarıdır. Unutmayaq ki, Tramp cəmiyyət həyatının bütün sahələri üzrə institutlaşmış ABŞ kimi bir fövqəldövlətin prezidentidir və o, bu dövlətin strateji maraqlarının təmin edilməsini həyata keçirmək öhdəliyi daşıyır.

Formalaşdırılacaq yeni beynəlxalq nizam qaydaları elə qurulmalıdır ki, tez-tez “error” verməsin. Əks təqdirdə dünyanı mövcud böhrandan çıxarmağa və beynəlxalq tənzimləmə modeli qurmağa çalışan ABŞ-nin özü dolaşığa düşə bilər.

Hələlik dünya “köhnə qayda” ilə işləyir, lakin məsələ ondadır ki, tarixin müəyyən dönüş anlarında yeni tələblər meydana gəlir və buna lazımı reaksiya verib, düzgün nəticələr çıxarmaq gərəkdir. ABŞ üzərinə götürdüyü qlobal missiyanı həyata keçirməyə start verib. Donald Trampın Vladimir Putinlə avqustun 15-də Alyaskada keçiriləcək görüşünə məhz bu kontekstdən yanaşılmalıdır.

Görüş yeri kimi Alyaskanın seçilməsi maraqlıdır. ABŞ bu ərazini Rusiyadan 1867-ci ildə 7,2 milyon dollara alıb. Rusiya çarı II Aleksandr üzləşdiyi ağır maliyyə durumundan qurtulmaq üçün bu yarımadanı satmaq məcburiyyətində qalmışdı. Ola bilər ki, Tramp bununla Kremlə və o cümlədən də onun müttəfiqi Çinə mesaj verir ki, Rusiyanı yenidən pulsuz və naəlac vəziyyətə düşürə bilər...

          Bəs bu görüşdən hansı nəticələr gözləmək olar? 

Çox güman ki, ABŞ Rusiya qarşısında bir çox tələblər qoyacaq. Ukrayna məsələsi ilə yanaşı, Zəngəzur dəhlizinin perspektivi də mütləq müzakirə obyekti olacaq. Tramp öz adını daşıyacaq yolun maneəsiz işləməsi üçün Rusiyaya sakit durması barədə xəbərdarlıq edə bilər...

Ümumiyyətlə, bundan sonra öz əhəmiyyətinə görə dünyadakı əsas hadisələr Avrasiya materikində cərəyan edəcək. Bu baxımdan Azərbaycan mühüm çoğrafi məkanda yerləşir, ona görə də Avrasiyanın ortasında qərarlaşmış ölkəmiz qlobal miqyaslı qərb-şərq nəqliyyat magistralı üzərində vacib strateji rol oynayacaq.

Kremlin əmrə müntəzir dayanmış siyasi icmalçıları Ukraynada illərdir sürünərək irəliləməyə çalışan Rusiyanı ABŞ-yə bərabər güc kimi təqdim edirlər. Onlar deyirlər ki, Aropa və Ukrayna dünyanın pereferiyasına çevriliblər və yeni dünya nizamı, beynəlxalq təhlükəsizliyin təzə formulu ABŞ və Rusiya arasındakı müzakirələrdən sonra aydınlaşacaq. Ruslar həmçinin vurğulayırlar ki, ABŞ Çinlə mübarizəyə hazırlaşır və buna görə də Rusiyanı öz yanında görmək istəyir. Əlbəttə ki, bu, inandırıcıdır. Çünki ABŞ Rusiyanın öz müttəfiqlərinə necə xəyanət etdiyini yaxşı bilir. ABŞ Rusiyanı tam mənası ilə Çindən qoparmaq və onu özündən bütün sahələr üzrə asılı hala salmaq üçün Ukrayna müharibəsindən məharətlə istifadə edə bilər...

Rusiyadakı boşboğaz siyasi şərhçilər anlamırlar ki, Ukraynanın bir parçasının qamarlanması ilə yeni dünya nizamı qurulmur. Rusiya elə gücdə deyil ki, dünyanın siyasi-iqtisadi cəhətdən yenidən formatlanmasını müəyyənləşdirən faktor olsun.

Dünyada həqiqi güc mərkəzləri arasında Rusiya autsayderdir, lakin Tramp, daha doğrusu isə ABŞ öz maraqları naminə Rusiyanı dartıb önə gətirmək istəyir.

Son dövrlər böyük güclər arasında Avaropa İttifaqı və Çinlə yanaşı, Britaniyanın adı tez-tez hallanır və belə hesab edilir ki, Böyük Britaniyanın güclü kəşfiyyat və beynəlxalq maliyyə imkanlarının qlobal proseslərə təsiri böyükdür. Bugünkü mövcud şərtlərə uyğun olaraq Avropa İttifaqı ilə Britaniya eyni mövqedən çıxış edirlər və bu, Ukrayna üçün mühüm önəm daşıyır. Britaniya özünün beynəlxalq maliyyə şəbəkəsi vasitəsi ilə Çinə təsir etmək imkanına malikdir. Yeni dünya nizamında Britaniya ilə ABŞ-nin üst-üstə düşən və toqquşan maraqları var və Tramp bu ziddiyətləri yoluna qoymaq istəyir. Məsələn, ABŞ və Britaniya Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdırlar. Bu baxımdan ABŞ regionu Rusiyanın təsirindən azad etmək üçün lazımı tədbirlər görməyə başlayıb. Rusiya prosesin önünü kəsməyə çalışacaq, lakin onun imkanları xeyil dərəcədə məhdudlaşdırılıb.

İran isə ABŞ-nin regionda mövqe tutmağına qarşı nəsə edə biləcək durumda deyil. Onun səsini İsrail vasitəsilə elə kəsərlər ki, rejim dağılar. Çox böyük ehtimalla Tramp-Putin görüşündə Rusiyanın yeni dünya nizamındakı yeri və mövqeyi də müzakirə edilcək. Rusiya elə böyük qüdrətə sahib deyil ki, ABŞ-nin maraqlarına qarşı mübarizə aparsın. Rusiya yalnız mübarizə görüntüsü yarada bilər.

Tarixdən bəllidir ki, imperialist Rusiya nəinki Cənubi Qafqazı, eləcə də Orta Asiyanı, Ukraynanı, Belarusu, Baltik ölkələrini öz təsir dairəsindən buraxmamaq üçün ən iyrənc yollara baş vurub. Bu baxımdan Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşurutu (Trump Route for International Peace and Prosperity -TRIPP) böyük geostrateji məqsədin reallaşdırılması üçün atılan əlahiddə addımdır. Sözsüz ki, bu, Kremlin Qafqazdakı maraqlarına ciddi zərbə vuracaq və nəhayət, iki yüz ildən sonra Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesi baş tutacaq. Sözügedən marşurutun(dəhlizin) ABŞ tərəfindən nəzarətə götürülməsi Azərbaycan və Ermənistanın təhlükəsizliyi üçün olduqca vacibdir. Bu sazişi tarixin labüd inkişaf qanunları diqtə edir. Ona görə də İran və Rusiyanın vurnuxmasının heç bir əhəmiyyəti yoxdur. Sözsüz ki, ”Tramp yolu”nun açılması Naxçıvanı illər uzunu çəkdiyi əziyyətlərdən xilas etməklə yanaşı, ölkəmizi tam mənası ilə bütövləşdirəcək. Ancaq məsələ təkcə bununla da yekunlaşmır və Azərbaycan Avrasiyadakı əlverişli coğrafi mövqeyindən istifadə etməklə yeni dünya nizamında önəmli yer tutmaq imkanı qazanacaq.(Azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam