"Qalatasaray" məşhur hücumçusu ilə vidalaşıb
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Alvaro Morato ilə yollarını ayırıb.
Yenixeber.org: xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
32 yaşlı hücumçunun icarə müqaviləsinə qarşılıqlı razılıq razılıq əsasında xitam verilib. Forvardın məxsus olduğu İtaliyanın "Milan" klubu "sarı-qırmızılar"a 5 milyon avro ödəyəcək. Bundan əlavə, oyunçu alacağı 651 min 562 avrodan da imtina edib.
Qeyd edək ki, Alvaro Morata bu ilin fevralında "Qalatasaray"a keçib. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionatının qalibi olub.