Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“AL SARAY” restoranın sahibi ağacları kəsdi, qanunsuz tikinti işləri aparır -VİDEOFAKT

“AL SARAY” restoranın sahibi ağacları kəsdi, qanunsuz tikinti işləri aparır -

“AL SARAY” restoran sahibinin tikinti üçün rəsmi icazəsinin olmadığı bildirilir.

Yenixeber.org: Paytaxt Bakı və ölkənin böyük şəhərlərində qanunsuz tikinti işləri son zamanlar yenidən füsət alıb.

Buna səbəb isə yerli İcra Hakimiyyət orqanlarının və digər cavabdeh qurumların sahibkarlarla gizli şəkildə “anlaşaraq” qanunsuz tikintilərə göz yummasıdır.

Paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən  “AL SARAY”    restoranında qanunsuz tikintinin həyata keçirilir. Al Saray restoranının həyətində  Natiq adlı şəxs  tərəfindən ağaclar məhv edilərək  əlavə otaqlar tikilir   Qeyd edək ki,  restoranın həyətində inşa  işlərinin aparılması ilə bağlı heç bir rəsmi icazə yoxdur.

Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Hər hansı bir tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə alınmalıdır. Ancaq Süleyman Sani Axundov küçəsində yerləşən “AL SARAY”    restoranında qanunsuz tikinti işlərini aparan Natiq adlı şəxs ağacların kəsilməsini qeydə alan əməkdaşımızın fəaliyyətinə kobud şəkildə mane olaraq onun vəsiqəsini yararsız hala salmışdır. Bununla bağlı aidiyyatı qurumlara müraciət olundu.

Məlumatda iddia olunur ki, “AL SARAY”    restoranında qanunsuz tikintiyə icazə  Binəqədi rayon  İcra Hakimiyyəti müavini Hacıbaba Babyev tərəfindən “verilib”.

Daxil olan məlumata görə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən Al Saray restoranında qanunsuz tikintin   qanunsuz tikinti işləri davam etdirilir. Bu isə o anlama gəlir ki,  “AL SARAY”da  tikinti işləri aparan Natiq adlı şəxs və restoran rəhbərliyi  qanunları heçə sayır.


Qanunsuz tikinti ilə bağlı   Binəqədi icra hakimiyyətindən,Ekologiya və Təbii Sərvətlər Nazirliyindən heç bir açıqlama almaq mümkün  olmadı.(Heqiqxeber.az)

Qurumaların münasibətini dərc etməyə hazırıq.

VİDEO LİNKDƏ: https://xalq.online/al-saray-restoranin-sahibi-agaclari-kesdi-qanunsuz-tikinti-isleri-aparir-videofakt


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam