Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Dərzi, bərbər, çalğıçı, rəqqas və toy aparıcılarının... -Layihə qəbul edildi

 

Azərbaycanda toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlərin icbari tibbi sığorta ilə əhatə olunması ilə bağlı “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi qəbul edilib.

Yenixeber.org:  Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlanıb.

Layihədə əsasən iki kateqoriya üzrə - Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və sair) və Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslərin (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub.

Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

Qeyd edək ki, sənəd səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam