Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bu gün daha 3 oyun keçiriləcək -SİYAHI

     
  Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Yenixeber.org: Günün ilk matçı B qrupunda İngiltərə və İran arasında olacaq. Dohadakı "Xəlifə" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

A qrupunun ikinci matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.

Nəhayət günün son matçında ABŞ seçməsi Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə başlama saatı 23:00-dır.

DÇ-2022
21 noyabr

A qrupu
20:00. Seneqal - Niderland

Baş hakim: Uilton Sampayo (Braziliya)

"Al-Tumama" stadionu

Xal durumu: Ekvador - 3 (1 oyuna), Niderland - 0, Seneqal - 0, Qətər - 0 (1 oyuna)

B qrupu
17:00. İngiltərə - İran

Baş hakim: Rafael Klaus (Braziliya)

"Xəlifə" stadionu

23:00. ABŞ - Uels

Baş hakim: Əbdülrəhman Əl-Casim

"Əhməd ibn Əli" stadionu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam