Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qusarda polis əməkdaşları məktəblilərlə görüşüblər -FOTOLAR

 

Qusarda polis əməkdaşları məktəblilərlə görüşüblər

Yenixeber.org: Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Köhnə Xudat kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon mərkəzi xəstəxanasının və icra hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı  Hidayət Babayev  narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. Çıxışının sonunda isə H.Babayev  gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.

Çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməlidir.

Həmçinin,  çıxış edən RPŞ-nin digər əməkdaşı, polis mayoru Əmin İsmayılov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə  şagirdlərə ətraflı məlumat verərək  təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Yekunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam