Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Taxıl sazişi"nin uzadılmasına çalışacağam" -Ərdoğan

Yenixeber.org:  Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiyanın dövlət başçısı Vladimir Putinlə qarşıdakı telefon danışığında bu məsələni də müzakirə edəcək.

“Türkiyəyə qayıdan kimi rusiyalı həmkarım Vladimir Putinlə telefonla danışacağam. Onunla xüsusilə gübrə ixracı barədə müzakirə aparacağam. Razılığın müddətinin ən azı 1 il uzadılmasına çalışacağam. İnanıram, buna nail ola biləcəyik”, - R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, R.T.Ərdoğan G20 ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam