Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İstanbulda terrorçunun yaxalandığı ev -FOTOLAR

İstanbulda terrorçunun yaxalandığı ev -    FOTOLAR
İstanbulun İstiqlal küçəsinə partlayıcı qoyan Suriya əsilli Əhləm Əlbəşirin həbs edildiyi evin videosu yayılıb.
Yenixeber.org: Hüquq-mühafizə orqanları terrorçu qadını yaxalamaq üçün küçəyə nəzarət edən 1200 təhlükəsizlik kamerasına baxış keçirib. Qadının hadisə yerindən taksi ilə ayrılaraq Əsənlərə getdiyi bəlli olub.
Əsənlərdəki əməliyyatdan sonra qadının Küçükçekmece Kanarya məhəlləsində bir evdə olduğu aşkarlanıb və o yaxalanıb. Məhəllə sakinlərindən Zeki Erbek "Gecə bir qadını buradan apardılar. Taksimdəki partlayışa görə bura basqın etdilər. İnanın, məhəlləmizdə belə bir şeyin necə baş verdiyinə təəccüblənirik", -deyib.
Sezgin Ceylan isə “Səhərə yaxın belə şayiələr çıxdı ki, burada bombaçı qadın yaşayırmış. Bir gün burada qalsın, ertəsi gün Almaniyaya göndərəcəyik deyiblər. Polislər gecə burada keşik çəkirdi”, -deyə bildirib.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam