Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Səhiyyə Nazirliyi qripə yoluxan şəxslərə çağırış edib

 

"İnsanlar qripə yoluxanda ya evdə oturmalı, ya da vəziyyətdən asılı olaraq xəstəxana şəraitində müalicə almalıdırlar".

Yenixeber.org: Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, qrip ağır qrupa daxil olan xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadlarla özünü büruzə verir: "Qripə yoluxan şəxslər əksər hallarda xəstəliyi yüngül keçirsə də, qripdən ölüm halları da olur. Təbii ki, qripdən ölüm halları koronavirusla müqayisədə azdır”.

İnfeksionist bildirib ki, qrip bütün yaş qrupunda rast gəlinən xəstəlikdir: "Ancaq kiçikyaşlı uşaqlar, eləcə də bağçaya, məktəbə gedənlər arasında yoluxma faktları artır. İmmuniteti zəif olanlar, hamilələr də yoluxma risk qrupuna aid şəxslərdir. Yoluxma riski müəyyən edilərək həyat şəraiti ona uyğun qurulmalıdır. Payız-qış mövsümündə vitamin və minerallarla zəngin qidalanmaya üstünlük verilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam