Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İran Rusiyaya əlavə silahlar göndərməyə hazırlaşır:Siyahıda ballistik raketlər də var

 

İran Rusiyaya daha minə yaxın silah göndərməyə hazırlaşır.

Yenixeber.org: Həmçinin yaxınmənzilli “yer-yer” ballistik raketlərinin və əlavə hücum dronlarının göndəriləcəyi bildirilir.

Bu barədə İranın silah proqramına nəzarət edən Qərb ölkələrindən birinin rəsmi nümayəndələri məlumat veriblər.

Mənbələrin bildirdiyinə görə, İrandan Rusiyaya son silah partiyasında 450-yə yaxın pilotsuz uçan aparat var idi ki, rusiyalılar artıq onları Ukraynada tətbiq ediblər. Ötən həftə Ukrayna rəsmiləri 300-dən çox İran PUA-sını vurduqlarını bildiriblər.

Bundan əvvəl Rusiyaya İrandan “Fateh-110” və uçuş məsafəsi müvafiq olaraq 300 və 700 km olan “Zolfaghar” raketlərinin tədarükünün hazırlandığı barədə məlumat verilmişdi.

İran Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya silah tədarükünü rəsmən təkzib edir. Kreml də bu barədə xəbərləri təsdiq etmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam