Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Avropa İrana qarşı sanksiyalar tətbiq edilə bilər

Avropa İrana qarşı sanksiyalar tətbiq edilə bilər
Avropanın xarici işlər nazirləri İranın Rusiyaya dron tədarükünü müzakirə edəcək.
Yenixeber.org: Nəticədə İrana qarşı sanksiyalara dair siyasi razılıq əldə edilə bilər. Bu barədə məsələ ilə tanış olan iki diplomat məlumat verib. Xatırladaq ki, oktyabrın 10-da Rusiya qoşunları müharibənin başlanmasından bu yana Ukraynaya ən kütləvi raket zərbəsi endirib. Üstəlik hücum zamanı “Shahed-136” tipli dronlarından da istifadə edilib.

Qeyd edilir ki, “Shahed-136” dronları “Geran-2” adı altında kamuflyaj edilir. Lakin konstruksiyasına görə modeli müəyyən etmək mümkün olub. İran isə Rusiyaya dronların təhvilini inkar edir, Kremldən də məlumatla bağlı açıqlama verilmir.

Bazar ertəsi nazirlərin Lüksemburqda keçiriləcək görüşü öncəsi hazırlıq iclasları baş tutub. Bu iclaslara istinad edən diplomatların sözlərinə görə, pilotsuz uçuş aparatlarının fəaliyyəti araşdırılıb və hazırda bu mövzu gündəmdədir.

Diplomatlar qeyd ediblər ki, bazar ertəsi yeni sanksiya siyahıları üzrə razılaşma mümkün olmasa da, sonrakı mərhələdə sanksiyalara zəmin yaradacaq siyasi razılaşma əldə edilə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam