Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Usseynu Ba:"Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

 

"Birinci oyunda uduzduğumuza görə məyusam. Sabah qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qisas üçün meydana çıxacağıq. Böyük klub olduğumuzu sübut etməliyik".

Yenixeber.org: Bunu Yunanıstanın "Olimpiakos" komandasının futbolçusu Usseynu Ba Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

27 yaşlı müdafiəçi doğma meydanda məğlub olmağa öyrəşmədiklərini bildirib: "İlk matçdan sonra baş məşqçi bizimlə söhbət etdi. Sabah fərqli oyun nümayiş etdirəcəyik. Bütün diqqətimizi matça yönəldəcək, bacardığımız qədər aqressiv olacağıq ki, istədiyimiz nəticəni əldə edək".

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam