Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Apteklərdə "Nurofen" çatışmazlığına aydınlıq gətirilib

Yenixeber.org: Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, "Nurofen"in həm kapsul, həm suspenziya, həm də həblərinin idxalı üçün sentyabrın 22-23-də müraciət olunub:

"Bu, onu deməyə əsas verir ki, problem yaxın zamanda həll olunacaq".

Mərkəz eyni zamanda qeyd edib ki, apteklərin dərman vasitələri ilə təminatı nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aiddir:

“Ölkəyə dərman vasitələrinin idxalı, gətirilməsi özəl idxalçı şirkətlər tərəfindən həyata keçirilir. Odur ki, problemin hansı ölkə ilə bağlı olduğu barədə heç bir şərh verə bilmərik”.

Ötən gün Milli Məclisdə adıçəkilən dərmanlarla bağlı qeyd edilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb. Bu o deməkdir ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq, ölkəyə gətirə bilər:

“Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra, ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki, qaldı dərmanlar “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aiddir. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir”.

Ümumi olaraq bildirilib ki, Dərman Vasitələrinin Dövlət Reyestrində 5567 adda dərman vasitəsi qeydiyyatdan keçib. Əsasən Avropa ölkələrindən, Türkiyə, Rusiya, Ukrayna, Hindistan və s ölkələrdən dərman vasitələri idxal olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam