Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

"Rusiyada qismən səfərbərlik çərçivəsində qadınlar orduya çağırılmayacaq" -Şoyqu

Yenixeber.org: Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. O, dövlət akkreditasiyası olan kommersiya universitetlərinin tələbələrinin də qismən səfərbərliyə cəlb olunmayacağını söyləyib.

"İndi prezidentin fərmanına əlavələr hazırlanıb. Bilirsiniz ki, prezidentin sərəncamına əsasən, dövlət universitetlərinin tələbələri səfərbərlikdə iştirak etmirlər", - deyə Şoyqu vurğulayıb.

Rusiya MN başçısı onu da qeyd edib ki, payız çağırışının başlanması tarixi hərbi komissarlıqların iş yükünün hazırda kifayət qədər yüksək olması səbəbindən noyabrın 1-nə keçirilib: "Ona görə də biz istəməzdik ki, müxtəlif növ çatışmazlıqlar olsun. Məhz bu səbəbdən payız çağırışı noyabrın 1-nə keçirilib".

Rusiyalı nazir əmin edib ki, hərbi xidmətə çağırışın başlama vaxtının dəyişdirilməsi ehtiyatda olan hərbçilərin tərxis olunma müddətinə təsir etməyəcək: "Hərbi çağırışçıların evə qayıtma müddətinə gəlincə, fərman buna şamil edilmir. Oktyabrın 1-dən uşaqlar evlərinə qayıtmağa başlayacaqlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam