Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Stalin dönəmində səfərbərlik kampaniyası –1941-45-də 34 milyon mülki insan orduya cəlb edilib

 


Yenixeber.org: Bütün dövrlərdə müharibə başlanan zaman ölkədə ilk həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlərdən biri səfərbərliyin elan olunması və onun icrası sayılıb. Səfərbərliklə bağlı hər bir dövlətin mövcud qanunları olsa da, müharibə şəraitindən asılı olaraq bu qanunlara dəyişikliklər edilib, hərbi əməlliyyatların miqyasına, gedişatına uyğun tənzimlənib.

1941-ci ilin iyun ayında Almaniya SSRİ-yə hücum edəndə də sövet rəhbərlərinin ilk qərarlarından biri səfərbərliklə bağlı olub. Müharibə başlanan gün, iyunun 22-də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin səfərbərliklə bağlı fərman imzalayıb. Fərmanda 1905-ci və 1918-ci illər (1918-ci il də daxil olmaqla) arasında doğulan, hərbi mükəlləfiyyəti vətəndaşların səfərbərliyə cəlb edilməsi və səfərbərliyin 23 iyun 1941-ci ildən başlanması göstərilib.

SSRİ Konstitusiyasının 49 maddəsinin “L” bəndinə görə səfərbərliyin Leninqrad, Baltikyanı, Qərb, Kiyev, Odessa, Xarkov, Orlov, Moskva, Arxangelsk, Ural, Sibir, Volqa, Şimali Qafqaz, Zaqafqaziya hərbi dairələrinin ərazilərində həyata keçirilməsi nəzərdə tutulub.

No description available.

Cəmi səkkiz gün ərzində 5 milyon 300 min nəfər səfərbərliyə cəlb olunaraq ordu sıralarına qəbul edilib. Bu, səkkiz gün ərzində ordunun şəxsi heyətinin iki dəfə artması ilə nəticələnib. Belə ki, 1941-ci ilin iyun ayına qədər orduda şəxsi heyətin sayı 5 milyon 400 min nəfər olub.

Şəhər və rayonlarda çağırış vərəqələri birbaşa mənzillərə, kəndlərdə isə kənd sovetinə göndərilib. Çağırış vərəqələri vahid formada olmayıb, hər bölgədə fərqli formada hazırlanıb. Amma bütün vərəqələrdə səfərbərliyə cəlb olunanın hansı vaxtda, hansı məntəqədə olması aydın şəkildə göstərilib.

No description available.

Vərəqələrdə səfərbərliyə cəlb olunanların özləri ilə nələri götürməyi haqqında qeydlər də yazılıb:

1. Hərbi bilet, yaxud hərbi qeydiyyat vəsiqəsi.

2. Pasport.

3. Kommunist Partiyasının, komsomolun üzvü, yaxud da üzvlüyə namizədləri bunu təsdiq edən sənədi.

4. İki dəst alt paltarı.

No description available.

5. Gigiyenik vasitələr və dəsmal (sabun, diş tozu, diş fırçası).

6. Mövsümə uyğun ayaqqabı geyinilməlidir və ona uyğun iki cüt corab götürülməlidir.

7. İki günlük qida

8. Cağırış məntəqəsinə gələrkən saçlar keçəl qırxdırılmalıdır.

Sonda isə səfərbərlikdən yayınanların məsuliyyətə cəlb olunmaları haqda xəbərdarlıq göstərilib.

No description available.

Müharibənin ilk illərində, 1941-1942-ci illərdə SSRİ tərəfi böyük itkilərə məruz qaldığından səfərbərliyə cəlb olunanların sayı artıb. 16-17 yaşlarından 50 yaşına qədər olanlar müharibəyə aparılıb. Hərbi çağırış yaşına düşməyən 16-17 yaşlı yeniyetmələrdən yalnız “əməyə və müdafiəyə hazıram” (QTO) normativini yerinə yetirənlər səfərbərliyə cəlb edilib.

Səfərbərliklə bağlı qanunda möhlət hüququ olanlar haqqında (bron) xüsusi bənd olub. Texniki təmayüllü təhsil ocaqlarının tələbələri cəbhəyə göndərilməyib, onlar müdafiə sənayesi obyektlərində işləyiblər. Traktorçular və kombaynçıların da möhlət hüququ olub ki, onlar da kənd təssərrüfatı işlərinə, məhsul yığımına cəlb ediliblər. Ayrı-ayrı sahələr üzrə mütəxəssislərin bir qismi də arxa cəbhədə saxlanılıb. Mövcud qanuna görə hələ müharibədən əvvəl də müəllimlər hərbi xidmətə çağrılmayıblar. Amma 1942-ci ildə onların da bir qismi səfərbərliyə cəlb edilib.

Ümumilikdə 1941-1945-ci ildə 34 milyondan artıq sovet vətəndaşı səfərbərləyə cəlb edilib. Bu rəqəmə qanunla hərbi xidmətə çağrılan şəxslər aid deyil.

Qeyd edək ki, İosif Stalin səfərbərlik məsələlərinə çox ciddi yanaşıb və şəxsi nəzarətinə götürüb. O, öz övladlarını da cəbhəyə göndərməklə digər məmurlara nümunə göstərib. Övladlarını cəbhədən yayındıran məmurlar Stalin tərəfindən birmənalı şəkildə bağışlanmayıb.

No description available.

Müharibə zamanı texnikaların da səfərbərliyi həyata keçirilib. Qanuna müvafiq olaraq idarə və təşkilatlarda cəbhə üçün uyğun olan avtomobillər səfərbərliyə alınaraq orduya verilib. O cümlədən vətəndaşların şəxsi avtomobilləri də ödəniş əsasında səfərbərliyə alınaraq ordu birləşmələrinə göndərilib. Vətəndaşlardan alınan avtomobillərin cəmisi 18 faizinin ödənişi olub. Belə ki, avtomobil sahibi olan bir qisim vətəndaş avtomobillərini könüllü olaraq orduya veriblər və onlara edilən ödənişləri Müdafiə Fonduna köçürüblər. Hərbi xidmətdən yayındıqlarına, cəbhə bölgəsində fərariliyə, hərbi vəzifələrini yerinə yetirmədiklərinə və digər cinayətlərə görə isə avtomolləri alınmış vətəndaşlara ödəniş edilməyib və bu qanunla tənzimlənib.
Müharibə bitdikdən, SSRİ Almaniya üzərində qələbə çaldıqdan sonra sovet ordusunda bütün itkiləri çıxmaq şərti ilə şəxsi heyətin sayı 11 milyon nəfər olub. Bu sülh dövrü üçün hədsiz böyük rəqəm sayılıb. 1945-ci ilin iyul ayında ordudan tərxisolunma başlayıb. Əvvəlcə yaşı 45-dən yuxarı olan əsgər və serjantlar, yaşı 50-dən yuxarı olan zabitlər tərxis olunub.

Həmin ilin sentybr ayından yaşı 30-dan yuxarı olan əsgər və serjantlar ehtiyata buraxılıblar. Bununla yanaşı, ayrı-ayrı sahələr üzrə mütəxəssis olan zabitlər də tərxis olunaraq istesalatda işləməyə göndəriliblər. 1946-1948-ci illərdə orduya çağırış dayandırılıb. Çağırış yaşına çatan gənclər bu illər ərzində müharibə dağıntılarının bərpasına, şaxtalara, tikinti işlərinə, istehsal müəssisələrinə cəlb ediliblər. Bununla da 1948-ci ildə ordunun şəxsi heyətinin sayı 2 milyon 800 min nəfərə endirilib.

1949-cu ildə SSRİ-də hərbi xidmətkeçmə haqqında yeni qanun qüvvəyə minib. 18 yaşı tamam olan gənclər yenidən hərbi xidmətə çağrılıb, xidmət müddəti aviasiya və quru qoşunlarında 3 il, hərbi dəniz donanmasında isə 4 il olub. Sonralar SSRİ-də bu qanunda bir neçə dəfə də dəyişikliklər edilib.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam