Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bu dövlətlər vətəndaşlarına Ukraynada döyüşməyi qadağan edib

.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakına qarşı çıxıblar.

Yenixeber.org: Qırğızıstanın Rusiyadakı səfirliyi sentyabrın 21-də öz vətəndaşlarının xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib. Rusiyada yaşayan və hər hansı hərbi əməliyyatlarda iştiraka çağırılacaq Qırğızıstan vətəndaşlarına dərhal öz ölkəsinin diplomatik nümayəndəliyi ilə əlaqə saxlamaları tövsiyə olunur.

Müharibəyə gedənlər 5 ildən 10 ilə qədər həbs riski ilə üzləşir, əmlakının müsadirə olunması da mümkündür. Özbəkistan və Qazaxıstan hakimiyyəti də bir gün əvvəl oxşar mövqedən çıxış edib.

Özbəkistanın Rusiyadakı səfirliyi bildirib ki, o, həmvətənlərini cinayət məsuliyyəti müəyyən edilmiş xarici dövlətlərin ərazisində könüllü batalyonların yaradılmasına və ya hərbi əməliyyatlarda iştirakına qarşı xəbərdar edir.(“Anadolu”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam