Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bayden ABŞ-da fövqəladə vəziyyətin müddətini uzadıb

 

Sentyabrın 9-da ABŞ Prezidenti Co Bayden 2001-ci il 11 sentyabr hücumlarından sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıb.

Yenixeber.org: Bu barədə Ağ Evin saytında məlumat verilib.

Müvafiq qərarın “terror təhlükəsi”nin davam etməsi ilə əlaqədar qəbul edildiyi qeyd edilir. Fövqəladə vəziyyət dövlət başçısına istənilən vaxt müraciət etmək hüququna malik olan bir sıra əlavə hüquqi səlahiyyətlər verir.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror qruplaşmasının 19 terrorçusu ABŞ-da dörd sərnişin təyyarəsini qaçırıb. Onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, daha ikisi Vaşinqtona göndərilib. Dördüncü təyyarə hədəfinə çata bilməyib və Pensilvaniya ştatının Şenksvill yaxınlığında qəzaya uğrayıb. Hücumların qurbanları 2977 nəfər olub. Sentyabrın 14-də - terror aktlarından üç gün sonra ABŞ-da fövqəladə vəziyyət elan edilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam