Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Arayikin müşaviri yenidən həbs edildi

Arayikin müşaviri yenidən həbs edildi  
Xəbər verdiyimiz kimi bir neçə gün öncə Qarabağ separatçılarının "Müdafiə Ordusunun" keçmiş komandanı, general- leytenant Mikayel Arzumanyan həbs edildi. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, o, “Şuşa şəhəri və ona bitişik ərazilərin müdafiəsində səhlənkarlıq” işi ilə bağlı saxlanılıb.
Yenixeber.org: Amma sonradan məlum oldu ki, general müvəqqəti olaraq azadlığa buraxılıb.
Bu gün isə Arzumanyanın vəkili Yerem Sarkisyan məlumat yayaraq deyib ki, hazırda Arayik Arutyunyanın müşaviri kimi fəaliyyət göstərən yenidən saxlanılıb.

“Gözlənildiyi kimi, məhkəmə öz missiyasını yerinə yetirdi və Mikayel Arzumanyanı həbsə atdı. Tamaşa davam edir...", - vəkil Facebook hesabında yazıb.

Xatırladaq ki, Arzumanyan keçmiş qondarma nazir Cəlal Arutyunyanın müharibə zamanı şəxsi avtomobilində partladılaraq vurulmasından sonra Qarabağdakı separatçı ordunun komandanı təyin edilmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam