Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Qara dənizdəki rus hərbi donanması bu halda məhv edilə bilər"-Oleq Jdanov

Yenixeber.org: Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov "YouTube" kanalından etdiyi paylaşımda deyib.

Ekspert bildirib ki, Rusiya hərbi donanmasını Ukrayna silahlarının atəş məsafəsindən maksimum uzaq məsafədə saxlamağa çalışır: "Ukrayna ordusunun istifadəsində 300 km-ə qədər dəqiq atəş aça bilən "Neptun" və 200 km-ə qədər uçuş məsafəsi olan "Harpun" raketləri mövcuddur. Ancaq Rusiyanın "Qara dəniz" donanması 300 km-dən uzaq məsaəfədə, neytral sularda yerləşir".

"Ukrayna ordusunun rus donanmasını aviasiya hücumlarıyla da məhv etməsi mümkün deyil. Çünki işğal olunmuş Krımda hava hücumundan müdafiə sistemləri var və gəmilər bu mühafizə zonasından kənara çıxmırlar", - deyə ekspert bildirib.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna Müdafiə Nazirliyi bildirmişdi ki, Rusiya Qara dənizdəki donanmasının məhv olmağını istəmirsə, Krımı tərk etməlidir. Departamentdən vurğulanmışdı ki, Ukrayna fürsət düşən kimi Qara dənizdəki rus hərbi donanmasına məhv edəcək.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam