Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

DSX hərbi hissələrində andiçmə mərasimi keçirilib -FOTO

DSX hərbi hissələrində andiçmə mərasimi keçirilib  - FOTO
Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissə­lərində gənc əsgərlərin andiçmə mərasimi keçiril­ib.

Yenixeber.org: Xidmətin mətbuat mərkəzindən verilən xəbərə görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.


Çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyə­ti sırasına daxil olmalarının sərhəd mühafizəsinin 103-cü ildönümünə təsa­düf etdi­yini, Azərbaycan Respubli­kasının Prezi­denti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəh­bə­rliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mə­tinliklə döyüş­müş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunul­mazlığını ən yüksək səviyyədə təmin etdiklərini vurğulayıb.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik ifadə olunaraq onlara müvəffəqiy­yətlər arzulayıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam