Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Kəlbəcərdəki tornado son deyil: Bizə tanış olmayan təbiət hadisələrilə də rastlaşacağıq -VİDEO

 

“Kəlbəcərdə yay fəsli üçün xarakterik təbiət hadisəsi baş verib. İlin isti dövrlərində dağlıq  ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib”.

Yenixeber.org: Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb.

“Son günlər temperaturun yüksəlməsi və su hövzəsində buxarlanmanın intensivləşməsi topa yağış buludlarının əmələ gəlməsinə səbəb olub. Topa yağış buludlarının şaquli ölçülərinin böyük, təzyiq fərqinin isə çox olması buludun aşağı hissəsində yaranan hava axınlarının sürətlə buluda doğru hərəkət etməsinə şərait yaradıb”.  

G.Məmmədovanın sözlərinə görə bu, su hövzəsinə yaxın olan dağlıq ərazilərdə yay fəsli üçün xarakterik təbiət hadisəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam