Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Bakıda çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb

 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi 7A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cavadlı Cəfər Zabit oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Yenixeber.org: Agentlikdən verilən xəbərə görə, müəssisənin sanitar texniki və sanitar gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, temperatur rejiminin gözlənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, həmçinin istehsal olunan çörəklərin üzərində məhsula dair markalanmanın mövcud olmadığı aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam