Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

ETSN iaşə obyektlərinin istismarçılarına xəbərdarlıq edib

"Havaya normadan artıq tullantı atan və atmosferi kanserogen maddələrlə çirkləndirən ictimai-iaşə obyektlərinə, restoran və şadlıq saraylarının istismarçılarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan monitorinqlərin nəticələri göstərir ki, bir sıra iaşə obyektlərində analoji hallara hələ də rast gəlinir".

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, ictimai-iaşə obyektlərindən, restoran və şadlıq saraylarından havaya normadan artıq tullantı atanlar barəsində inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə iyulun 1-dən etibarən nazirliyin mütəxəssisləri tərəfindən növbəti monitorinqlər keçiriləcək, nəticəsi neqativ olan subyektlərə qarşı qanunamüvafiq tədbirlər görüləcək.

O qeyd edib ki, bu səbəbdən istismarçıların diqqətinə obyektlərindəki təmizləyici qurğulara texniki xidmət göstərilməsi işlərini vaxtında tamamlasınlar, havaya normadan artıq tullantı atılmasına yol verməmələri çatdırılıb: "Mövcud pozuntuları aradan qaldırmaları və təmizləyici qurğulara texniki xidmət göstərmələri üçün istismarçılara iyulun 1-dək vaxt verilir. Qanunvericiliyə uyğun olaraq, havaya normadan artıq atılmaların müəyyən ediləcəyi təqdirdə iaşə obyektlərinin istismarçıları İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən cərimə ediləcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam