Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Türkiyənin Suriya əməliyyatı niyə gecikir? -Rusiya və İran terrorçularla işbirliyinə gedərək...

Türkiyənin Suriyada hərbi əməliyyat keçirəcəyilə bağlı açıqlamalardan sonra Rusiya və İranın bölgədəki terror qruplaşmalarıyla ittifaq quraraq, "əməliyyat mərkəzi" yaratdıqları ortaya çıxıb.

Yenixeber.org: Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Suriyada mövcudluğunu davam etdirən bir sıra terror təşkilatları bir araya gələrək, “Şimal ildırımı" adlı mərkəz yaradıblar. Bu mərkəzin Hələb şəhərinin şimalında yerləşən Rusiya hərbi bazasında yerləşdiyi bildirilir.

Xəbərdə qeyd olunub ki, mərkəzin yaradılmasında YPG-PKK terror təşkilatı, İranın dəstəklədiyi “Fatemiyyun” qrupu, “Hizbullah”a bağlı olan və Suriya rejiminə bağlı birliklər iştirak ediblər.

Dərc olunan xəbərdə bildirilir ki, 600 nəfərlik qrupa 2 rus nümayəndə, 3 İran İnqilab Keşikçiləri Korpusunun nümayəndəsi, 3 PKK nümayəndəsi, 2 Dəməşq rejimindən olan nümayəndə başçılıq edəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 23-də Suriyanın şimalında və Türkiyə sərhədindən 30 kilometr aralıda Mənbic və Tel Rifat bölgələrində hərbi əməliyyat keçirilə biləcəyilə bağlı açıqlamalar verib.

O, terrorçuların bölgədən çıxarılması və suriyalı qaçqınların bufer zonada yerləşdirilməsi üçün belə bir addımın gündəmdə olduğunu bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam