Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

RUS ORDUSUNUN İTKİLƏRİNDƏ YENİ REKORD -Ukrayna Xarkov istiqamətində hücuma keçib

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin itkiləri 33 350 hərbçi təşkil edib”.

Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, iyunun 18-nə olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri 1465 tank, 3573 zirehli maşın, 739 artilleriya sistemi, 223 reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 180 helikopter, 594 operativ-taktiki PUA, 129 qanadlı raket, 14 gəmi/qayıq, 55 xüsusi texnika təşkil edib.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin ən böyük itkiləri Slavyansk, Baxmut və Krivoy Roq istiqamətlərində qeydə alınıb.

“Ukrayna Silahlı Qüvvələri (SQ) Xarkov istiqamətində Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışır” - deyə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatlarına istinadən xəbər verir.

“Dəmir yol keçidləri ilə təchizat marşrutlarını bərpa etmək üçün düşmən əlavə dəmir yolu xətləri çəkməyi planlaşdırır. Rusiya hərbçiləri Kazaçya Lopan, Petrovka, Koroboçkino və Prişib yaşayış məntəqələri ərazilərində mülki infrastrukturu atəşə tutub”, - bəyanatda bildirilib.

Ukrayna Baş Qərargahı qeyd edib ki, Rusiya öz qoşunlarını Slavyansk istiqamətində hücumun aparılmasına cəmləşdirməkdə davam edir: “Rusiya ordusu Dubrovno, Dolina, Krasnopolye, Qruşuvax, Adamovka yaşayış məntəqələri ərazilərini sistemli atəşə tutub. Onlar Krasnopolye qəsəbəsi ərazisində hücum əməliyyatlarını bərpa etməyə çalışıb, döyüşlər davam edir”.

Ukrayna Baş Qərargahı Severodonetsk uğrunda da döyüşlərin davam etdiyini vurğulayıb: “Taktiki vəziyyəti yaxşılaşdırmaq üçün düşmən bölmələri şəhərdən kənarda hücum əməliyyatları keçirməyə çalışsalar da, buna nail ola bilməyiblər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam