Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Hindistanda Məhəmməd peyğəmbəri təhqirə görə etiraz aksiyası keçirilib -FOTO/VİDEO

 

Hindistandakı hakim “Bharatiya Janata” Partiyasının (BJP) rəsmi nümayəndəsi Nipur Şarmanın Məhəmməd peyğəmbərlə bağlı qalmaqallı şərhlərinə görə Yeni Dehlidə etiraz aksiyası keçirilib.

Yenixeber.org: Yüzlərlə müsəlman cümə namazından sonra Cənubi Asiyanın ən böyük ibadət ocağı sayılan Cama məscidində toplaşaraq Şarmanın sözlərini kəskin şəkildə pisləyib və hakimiyyətdən onun həbsini tələb ediblər.

Polis vəziyyəti nəzarətdə saxlayıb və qanun pozuntularına yol verməyib.

Məhəmməd peyğəmbərin təhqir edilməsi Hindistanın şimalındakı Cammu və Kəşmir birlik ərazisində də etirazlara səbəb olub. Dini zəmində qarşıdurmaların qarşısını almaq üçün bölgənin səlahiyyətliləri Bhadervah şəhərində interneti bağlayıb və orada komendant saatı tətbiq edib. Ərazinin paytaxtı Srinaqarda da internet xidmətləri dayandırılıb.

Qalmaqal ötən həftə milli televiziyada debat zamanı Nipur Şarmanın Məhəmməd peyğəmbərlə bağlı şərhlərindən sonra başlayıb. Hindistandakı bir çox müsəlman onun sözlərini təhqiredici hesab edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam