Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Generalın ölümü təsdiqləndi –“Roman Kutuzovla vidalaşdıq”

Ukraynanın şərqindəki separatçılar Rusiya Silahlı Qüvvələrinin 29-cu ordusunun qərəgah rəsisi, general-mayor Roman Kutuzovun döyüşdə öldürüldüyünü təsdiqləyib.

Yenixeber.org: Donetskdəki separatçı qruplaşmanın rəhbəri Denis Puşilin iyunun 7-də özünün “Telegram” hesabında general Kutuzovla vidaşaldıqlarını yazıb. Onun yazdığına görə, general Luqansk vilayətində gedən döyüşlərdə ölüb.

Bir neçə kremlpərəst jurnalist hələ İki gün əvvəl Kutuzovun Luqansk vilayətinin Popasna rayonu, Nikolayevka kəndi yaxınlığında öldürülməsi barədə məlumat yaymışdılar. Amma bu məlumat istər Ukrayna, istərsə də Rusiyanın rəsmi orqanları tərəfindən hələ ki, təsdiqlənməyib.

Rusiya Dövlət Teleradio şirkətinin əməkdaşı Aleksandr Sladkovun sözlərinə görə, general Kutuzov fevralın 24-də Moskvanın Ukraynaya hücumundan sonra öldürülən dördüncü rus generalıdır.

Rusiya tərəfi öz itkiləri barədə az məlumat versə də, bir sıra müstəqil kütləvi informasiya vasitələri (KİV) Ukraynada daha çox Rusiyalı zabitin həlak olduğunu yazırlar.

“The New York Times” qəzeti bu yaxınlarda Ukraynada 12 rusiyalı generalının öldürülməsi barədə məlumat yaymışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam