Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Berdiməhəmmədov atının adının prospektə verilməsini təklif edib


Türkmənistanın keçmiş prezidenti, ölkə parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədov tikilməkdə olan yeni şəhərin prospektlərindən birinə atı Axanın (Ağ Xan) adının verilməsini təklif edib.
Yenixeber.org: Bu barədə “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.

O, bu təklifi mayın 29-da Axal vilayətinin gələcək inzibati mərkəzinin tikintisi ilə tanış olarkən səsləndirib.
Orada şəhərin gələcək meri Şamuhammet Durdylievin iştirakı ilə keçirilən iclasda ölkə Prezidenti Serdar Berdiməhəmmədovun şəhərdə Axanın abidəsinin ucaldılması təklifi müzakirə olunub. Daha sonra Qurbanqulu Berdiməhəmmədov abidənin qoyulacağı prospektə Axanın şərəfinə adlandırılmasını təklif edib. İclas iştirakçıları bu təklifi dəstəkləyiblər.
Qeyd edək ki, Axan Qurbanqulu Berdiməhəmmədovun hələ Türkmənistan prezidenti olarkən şəxsən yetişdirdiyi atdır. 2018-ci ildə Axan arxa ayaqları üzərində 10 metr məsafəni 4,19 saniyəyə qət etməklə məşhurlaşıb və bu, Ginnesin Rekordlar Kitabına düşüb.
Türkmənistanın ilk "ağıllı" şəhəri olan, dəyəri 1,5 milyard dollar hesablanan Axal vilayətinin yeni inzibati mərkəzi Aşqabaddan 30 kilometr cənub-qərbdə tikilir. Bu şəhərin birinci mərhələsinin tikintisi 2022-ci ilin dekabrında başa çatmalıdır. Şəhərin adı hələ açıqlanmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam