Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir

 

İyun ayının ilk on günlüyündə Azərbaycan Respublikası vətəndaşlarının Almaniya Federativ Respublikasından növbəti deportasiyası gözlənilir.

Yenixeber.org: Bu barədə Almaniya miqrasiya orqanlarında çalışan mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, artıq Şimali Reyn Vestfaliya əyalətində yaşayan və barəsində ölkəni tərk etməsi ilə bağlı məhkəmə qərarı olan Azərbaycan Repsublikası vətəndaşlarından bəziləri Düsseldorf şəhər hava limanı yaxınlığında yerləşən, deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan yataqxanalara gətiriliblər.

Onlardan bəziləri Almaniyada qanunsuz olaraq yaşayan, digərləri isə 2016-2019-cu illər arasında Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə qaçqın statusu üçün müraciət edən şəxslərdir. Onlar haqqında idarə məhkəmələri tərəfindən bir neçə dəfə ölkəni tərk etmələri ilə bağlı qərar çıxarılıb. Lakin həmin şəxslər Beynəlxalq Miqrasiya Təşkilatının təklif etdiyi könüllü qayıdış proqramlarından yararlanmaq əvəzinə, ölkədə qanunsuz olaraq yaşayıblar.

Məlumat üçün bildirək ki, bu, 2022-ci il başlayandan Azərbaycan vətəndaşlarının Almaniya Federativ Respublikasından dördüncü kütləvi deportasiyası olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam