Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

ABŞ generalı:“Növbəti bir neçə həftə Ukraynada müharibənin gedişatı baxımından müəyyənedici olacaq”

 

“Növbəti bir neçə həftə Ukraynada müharibənin gedişatı baxımından müəyyənedici olacaq”.

Yenixeber.org: Bunu ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəisi general Mark Milli “Fox News”a müsahibəsində bildirib.

“Hazırda Donbasda Ukrayna və Rusiya qüvvələri arasında əhəmiyyətli döyüşlər davam edir. Bir neçə həftə ərzində baş verəcək hadisələr gələcək inkişafı əhəmiyyətli dərəcədə müəyyən edəcək”, - o vurğulayıb.

M.Millinin sözlərinə əsasən, Donbasda mövqe döyüşləri tərəflərdən birinin qələbəsi ilə başa çata bilər. O, hər iki tərəfin əhəmiyyətli sayda itkilərini nəzərə alaraq, müharibədən ən yaxşı çıxış yolunun sülh danışıqları olduğunu bildirib:

“Danışıqlar yolu ilə mübahisələrin həlli daha məntiqi seçim olardı. Hər şeyin necə bitəcəyi ilə bağlı qərarı Ukrayna Prezident Volodimir Zelenski və Rusiya Prezident Vladimir Putin verməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam